İnfrastruktur əməkdaşlıq planı Çin liderlərinin bu ay Filippinə dövlət səfəri zamanı imzaladıqları ikitərəfli müqavilələrdən biridir.
Hesabatda deyilir ki, planda növbəti on il ərzində Manila və Pekin arasında infrastruktur əməkdaşlığına dair qaydalar var və onun bir nüsxəsi çərşənbə günü mediaya yayımlanıb.
Hesabatda bildirilir ki, infrastruktur əməkdaşlıq planına əsasən, Filippin və Çin strateji üstünlüklərə, böyümə potensialına və hərəkətverici təsirlərə əsaslanaraq əməkdaşlıq sahələrini və layihələrini müəyyən edəcəklər. Əməkdaşlığın əsas sahələri nəqliyyat, kənd təsərrüfatı, suvarma, balıqçılıq və liman, elektrik enerjisi, su ehtiyatlarının idarə olunması və informasiya-kommunikasiya texnologiyalarıdır.
Bildirilir ki, Çin və Filippin yeni maliyyələşdirmə metodlarını fəal şəkildə araşdıracaq, iki maliyyə bazarının üstünlüklərindən yararlanacaq və bazar əsaslı maliyyələşdirmə metodları vasitəsilə infrastruktur əməkdaşlığı üçün effektiv maliyyələşdirmə vasitələri yaradacaqlar.
Məlumata görə, iki ölkə arasında "Bir kəmər, bir yol" təşəbbüsü üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu da imzalanıb. Anlaşma memorandumuna əsasən, iki ölkə arasında əməkdaşlıq sahələri siyasi dialoq və kommunikasiya, infrastrukturun inkişafı və əlaqə, ticarət və investisiya, maliyyə əməkdaşlığı və sosial və mədəni mübadilələrdir.
Yazı vaxtı: 07 Noyabr 2019



